Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Astara sakini işıq pulu borcunun qurbanı oldu - VİDEO

Astara rayonunda 2 uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb.

Yenicag.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektriyin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Yenicag.az

www.yenicag.az

687
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM