Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Borclu şəxslərlə bağlı tətbiq hazırlanır - YENİLİK

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində borclularla bağlı mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub.

Yenicag.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Rəis müavini qeyd edib ki, həmin mobil tətbiqdə borclu ilə bağlı bütün məlumatlar öz əksini tapacaq:

“Vətəndaş mobil tətbiq vasitəsilə barəsində hansısa məhdudiyyətin tətbiqilə bağlı dərhal məlumatlanacaq. Borclunun ölkədən çıxması ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün Heydər Əliyev Hava Limanında xüsusi köşk fəaliyyət göstərir. Yaxşı olar ki, vətəndaş könüllü şəkildə borcunu vaxtında ödəsin. Amma gecikmə olubsa və onun ölkədən çıxışına məhdudiyyət qoyulubsa, borclu hava limanına gəlməmişdən də borcunu ödəyə bilər. Bunun üçün müəyyən prosedurlar həyata keçirilir. Təlimata uyğun olaraq, məhdudiyyətin aradan qaldırılması üçün göstəriş varsa, icra məmuru qərar qəbul edir. 24 saat ərzində məhdudiyyət aradan qaldırılır. Amma hava limanında köşkdə ödənilən borca görə avtomatik olaraq məhdudiyyət aradan qaldırılır”.

www.yenicag.az

442
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100