“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə “Borcun araşdırılması üzrə müraciət” adlı yeni elektron xidməti istifadəyə verib.
Qurumdan Yenicag.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə istehlakçılar faktura borcunun araşdırılması üçün müraciət edə bilərlər. Elektron xidmətin göstərilməsi nəticəsində istehlakçının borcu dəqiqləşdirilir.
Xidmətdən www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar istifadə edə bilər.