Boris Conson reanimasiyadan belə çıxarıldı – VİDEO

Yeni növ koronavirusa yoluxan və həftənin bazar ertəsi günü vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən İngiltərənin Baş naziri Boris Consonun xəstəxananın reanimasiya şöbəsindən çıxarıldığı anın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Yenicag.az xəbər verir ki, Conson reanimasiya şöbəsindən palataya köçürülərkən tibb işçiləri və vətəndaşlar baş naziri alqışlayıb, onu coşğuyla palataya yola salıblar.

Həmin görüntülərin cümə axşamı gününə aid olduğu təxmin edilir.

Baş nazirin müalicəsinə palatada davam etdirilir və həyati təhlükəsi olmadığı bildirilir.