Boris Consona “şübhəli əşya” ŞOKU: Baş nazirin ofisi təhlükəsizlik çənbərinə alındı

İngiltərənin Baş naziri Boris Consonun ofisinin yaxınlığında şübhəli əşya aşkarlanıb.

Yenicag.az xəbər verir ki, əşya aşkarlandıqdan sonra ofis təhlükəsizlik çənbərinə alınıb.

Polislər əşyanın təhlükəli olub-olmadığını müəyyənləşdirmək üçün çənbər çəkildiyini vurğulayıblar.

Əşya yoxlanıldıqdan sonra polisin “Twitter” hesabından paylaşım edilərək əşyanın “şübhəli omadığı”nın təsbit edildiyi bildirilib.