Boris Consondan Rusiyaya “Kırım”lı CAVAB: “Ora Ukraynanın su sərhədidir”

Xəbər verdiyimiz kimi, Rusiya Müdafiə Nazirliyi Böyük Britaniyanın “Defender” eskadra minadaşıyan gəmisinə “su sərhdini pozduğu” üçün xəbərdarlıq atəşi açıldığı haqda açıqlama yaymışdı.

Yenicag.az-ın məlumatına görə, Rusiyanın iddiasının Böyük Britaniya tərəfindən təkzib edilməsinə baxmayaraq, Moskva hadisənin əks olunduğu videogörüntüləri ictimaiyyətlə paylaşmışdı.

Rusiyanın bu inadına Böyük Britaniya tərəfindən sərt cavab gəlib.

Baş nazir Boris Conson Böyük Britaniya gəmisinin heç bir halda sərhəd pozuntusuna yol vermədiyini bildirib.

Baş nazir Rusiyaya Kırım xatırlatması da edib:

“Əsas məsələ Rusiyanın Kırımı ilhaqını tanımamağımızdır. Ukraynanın su sahəsini A nöqtsindən B nöqtəsinə getmək üçün istifadə etmək doğru idi”.