Bir neçə gün əvəl Kiyevə gələn Böyük Britaniyanın Baş naziri Boris Consonun səliqəsiz görünüşünün səbəbi açıqlanıb.
Yenicag.az Ukrayna mediasında istinadən xəbər verir ki, yerli kanallar Consonun nimdaş geyiminin “sirr”ini araşdırıblar.
Araşdırmada ilk məqam onun dağınıq saçları olub. Conson özü bu barədə açıqlama verib ki, saçları uşaqlıqdan belədir. Onları səliqəyə salmaq üçün üstündə daraq gəzdirsə də, bunun xeyri olmur.
Ekspertlərin ehtimalına görə, Consonun taxdığı mavi qalstukun da mənası var. Onların fikrincə, baş nazirin sarı saçları və mavi qalstuku Ukrayna bayrağını əks etdirir.
Mütəxəssislər bildirblər ki, Consonun nimdaş ayaqqabıları onun hazırda ağır günlərini yaşayan Ukrayna xalqı ilə həmrəyliyinin göstəricisidir. Baş nazirin Kiyevdə əyninə keçirdiyi kostyumun qiyməti isə təqribən 590 dollardır.