“Borussiya”nın yeni baş məşqçisi açıqlandı

Almaniyanın “Borussiya” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Yenicag.az xəbər verir ki, Dortmund təmsilçisi Peter Boşla anlaşıb.

Almaniya mətbuatının yaydığı məlumata görə, tərəflər arasında 2 illik sözləşmə imzalanıb. “Borussiya” bu keçidə görə, Hollandiyanın “Ayaks” klubuna 3 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 53 yaşlı çalışdırıcı bu postda Tomas Tuxeli əvəzləyib.

Yenicag.az