Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq - Sabahdan

Sabahdan etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.

www.yenicag.az

111
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM