!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boş yerə məhrum qalan BAKI: "Paytaxtın baş planı məhv olub"

!Reklam – Yazi

“Tikinti normativlərinə əməl edən tikinti şirkətləri mənzilləri baha qiymətə satır”.

Bu sözləri paytaxt Bakının Baş Planı ilə bağlı vəziyyəti dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, mövcud şəraitdə Bakının baş planı məhv olmuş vəziyyətdədir:

“Hazırkı dövrdə iki beşmərtəbəli binanın arasında olan həyəti özəlləşdirib bağçalar və ya hündürmərtəbəli binalar tikirlər. Ona görə də şəhər iflic vəziyyətdədir. Binaların həyətində nəinki dincəlməyə park, heç maşın saxlamağa da yer yoxdur. Yaxşı olardı ki, tikinti şirkətləri hündürmərtəbəli yaşayış binası tikmək üçün müəyyən edilmiş tikinti normativlərinə əməl etsinlər. Maraqlı məqam odur ki, sözügedən normativlərə əməl edən tikinti şirkətləri mənzilləri baha qiymətə satır. Çünki yeni tikili binaların həyətyanı sahəsi, avtoparkı, yaşıllıq sahəsi, eyni zamanda hündürlük məsələsi binaların qiymətlərinə təsirsiz ötüşmür.

Əslində tikinti şirkətlərinə mənzili baha satmaq sərf etmir. Bu məsələdə balansı qorumaq üçün dövlətin nəzarət mexanizmi mütləq şəkildə təyin olunmalıdır. Aidiyyəti dövlət qurumları çıxış yolu axtarmalıdır. Nəticədə daşınmaz əmak bazarındakı vəziyyəti qorumaqla yanaşı, vətəndaşların evsizlik problemi də aradan qalxa bilər”.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir və planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.

Gülşən Şərif

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv