Boşanma faktlarının artmasına təsir edən AMİLLƏR: “Bu, müasirlik adı altında mənəvi dəyərlər sistemimizin dağılmasıdır” – MÖVQE

“Dağılmış ailə psixoloji travma alan uşaqların sayının artması deməkdir”.

Bu sözləri ötən ilin yanvar-avqust aylarında 10 391 boşanma halının qeydə alınmasını şərh edən sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, erkən evlilik boşanma faktlarının artmasına təsir edən amillərdən biridir:

“Bəzən gənclər böyüklərin məsləhəti olmadan ailə həyatı qururlar. Bu ailələrin əksəriyyəti zamanla dağılır. Bəzən də valideynlər övladını zorla evləndirir. Ən düzgün yanaşma odur ki, gənclər öncəliklə bir-birini tanısın və daha sonra uyğunluq əsasında böyüklərin məsləhəti ilə ailə qursunlar. Son illər müasirlik adı altında mənəvi dəyərlər sistemimizin dağılması təəssüf doğurur. Dağılmış ailə psixoloji travma alan uşaqların sayının artması deməkdir. Çünki bəzi valideynlər boşanan kimi uşağa da sahib çıxmırlar. Əgər boşanmalar kütləvi hal alarsa, dövlətin üzərinə düşən yük artacaq. Bu isə sosial, iqtisadi və mənəvi cəhətdən ciddi problemdir. Cəmiyyətdə mənəvi dəyərlər sistemi düzgün şəkildə qorunarsa, sağlam ailələrin sayı çox olar”.

Gülşən Şərif