Boşanmaq fikrindən daşınanların sayı açıqlandı

Bu il ərzində boşanmaq üçün müraciət edən, lakin daha sonra boşanmadan imtina edən cütlüklərin sayı açıqlanıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, bu ilin 8 ayında qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilmiş 188 nəfər (94 cütlük) nikahın pozulmasından imtina edib.