!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bosfor boğazında gəmi hərəkəti dayandırıldı - SƏBƏB / YENİLƏNDİ 

!Reklam – Yazi

“Brave Knight” quru yük gəmisi Türkiyənin Gəmi Hərəkətinə Nəzarət Mərkəzinin koordinasiyası ilə losman, KURTARMA-8, KURTARMA-10 yedək gəmiləri və KEGM-6 qayıqlarının müşayiəti altında Böyükdərə dayanacağı zonasında təhlükəsiz şəkildə lövbər salınıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz “Twitter” səhifəsində yazıb.

Bildirilib ki, gəmi lövbər saldıqdan sonra Bosfor boğazı boyunca hər iki istiqamətdə gəmilərin hərəkəti açılıb.

***

“Brave Night” quru yük gəmisinin sınması səbəbindən Bosfor boğazında gəmi hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz “Twitter” səhifəsində yazıb.

Məlumata əsasən, gəmi Sultan Səlim Yavuz körpüsünün şimal hissəsi yaxınlığında sıradan çıxıb.

Gəmi Türkiyənin Tekirdağ şəhərindən Rumıniyaya gedirdi.

“KURTARMA-8” yedək gəmisi və “KEGM-6” qayığı hadisə yerinə göndərilib.

 

 

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv