“Ediblər, özləri bilərlər, öz şəxsi işləridir”.
Bunu əməkdar artist, müğənni Elton Hüsyenəliyevin ”Deyirlər ki, səhnə qurban tələb edir. Səhnənin adını çəkib ora nəyisə yamamaq lazım deyil. Estetik, botoks kişi üçün deyil!” fikrinə münasibət bildirərkən xanəndə Eldəniz Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
Saç əkdirən sənətçi burada heç bir qəbahət görmədiyini də bildirib:
“Ümumiyyətlə kişiyə xas olmayan estetik əməliyyatlara qarşıyam. Hamı bilir söhbət hansı estetik əməliyyatlardan gedir. Amma bunu saç əkdirməyə aid etmirəm. Çünki burada heç bir qəbahət də görmürəm. Amma yenə də deyirəm başqa əməliyyatlara qarşıyam. Əsas odur ki, səhnəyə çıxıb oxumaq, sənət göstərmək lazımdır. Düzdür, sənət cameəsində hansısa müğənnilər bu estetik prosedurları etdiriblər. Onların işinə qarışa da bilmərəm. Ediblər, özləri bilərlər, öz şəxsi işləridir. Amma mənim fikrimi bilmək istəyirsinizsə, buna yaxşı baxmıram”.
Qeyd edək ki, Elton bu sözləri “Günün sədası” verilişində səsləndirib.
Cəvahir