Boy uzadan qida məhsulları hansılardır? – SİYAHI

Mütəxəssislər boy uzanması prosesini genetik faktorlarla əlaqələndirsə də, qidalanma vərdişləri, idman, yuxu nizamı, ağır iş görüb-görməmək kimi faktorların da boy uzanmasına təsir etdiyi fikrindədirlər.

Belə ki, uzun boya sahib olmaq istəyənlər ilk növbədə sağlam dayaq-hərəkət (sümüklərə) sisteminə malik olmalıdırlar. Bunun üçün də ilk öncə orqanizmin minerallara olan ehtiyacı ödənməlidir. Kalsium və fosfor ən önəmli minerallardan sayılır.

Yenicag.az boy uzanmasını sürətləndirən qida məhsullarını təqdim edir:

D vitamini sayəsində minerallar fəal bir şəkildə əmilir. D vitamini ən çox yumurta sarısında, qaraciyərdə və balıq yağında olur. Ancaq əsl mənbəyi günəş şüalarıdır və dəridə günəş işığının təsiri ilə meydana gəlir. Gündə ən azı 15-30 dəqiqə arasında günəş şüalarından faydalanmaq lazımdır. Protein və lazımi mineralların alınması üçün ət və süd məhsulları uşaqlıq dövründən başlayaraq davamlı olaraq qəbul edilməlidir. Gün ərzində 2 stəkan süd içilməsi boy uzanmasını həm sürətləndirir, həm də sümükləri bərkidir. Gecə yatmazdan öncə içilən süd böyümə hormonunun inkişafını daha da artırır.

Tərkibində kalsium olan süd məhsulları qrupunda qatıq, ayran, pendir də var. Xüsusilə də yeməklərin yanında bu məhsullar əlavə olaraq yeyilməlidir.

İmmunitet sisteminin güclənməsində və vücudun qorunmasında baş rol oynayan brokoli də boyun uzanmasına səbəb olan tərəvəzlərdən sayılır.

Quru meyvələr də kalsiumla zəngindir. Ancaq artıq qəbul edildiyində kökəlməyə səbəb olur. Gün ərzində 4-5 quru qaysı, 2 quru əncir, bir ovuc qara kişmiş yemək faydalıdır.

Küncüt toxumunun 100 qramında 1160 mq kalsium var. Lakin yağ miqdarının çox olması səbəbi ilə porsiya şəklində qəbul edilməlidir. Uşaqlarınıza bəzi günlər çörək əvəzinə simit verə bilərsiniz.

Tahirə Nur