!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Boyarışnik”dən ölənlərin sayı 76-ya çatdı

!Reklam – Yazi

4be3e23b9454490e888d23f698bf41a6Rusiyanın İrkutsk şəhərində spirt tərkibli “Boyarışnik” içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatıb.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.

“Son iki gün ərzində xəstəxanaya metil spirtindən zəhərlənmə əlaməti ilə 2 nəfər daxil olub. Onlardan biri ölüb. Beləliklə, zəhərlənmə qurbanlarının sayı 76 nəfərə çatıb”, məlumatda bildirilir.

Məlumata görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 18 nəfər isə stasionar müalicədədir.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta “Boyarışnık” maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 16 nəfər saxlanılıb.

Yeniçağ.Az

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv