BOYKOT: ABŞ-dən Çin həmləsi

Amerika Birləsmis Ştatları (ABŞ) Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot edib.

Yenicag.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

“Çinin Sincanda həyata keçirdiyi insanlıq əleyhinə cinayətlər və digər insan haqqları pozuntuları səbəbindən 2022 Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarına heç bir diplomatik və ya rəsmi heyət göndərməyəcəyik”, – deyə Ağ Ev sözçüsü bildirib.