Türkiyənin Kütahya bölgəsindəki Kuşu kəndinin sakinləri 2014-cü ildən sonra ilk dəfə seçki məntəqəsinə gediblər.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, sakinlər 2014-cü ildə Kuşunun kənd statusuna endirilməsinə etiraz edən sakinlər son 3 ildə keçirilmiş 5 seçkidə səsverməyə qatılmayıblar.
Kuşudakı 364 seçici bu gün səhər tezdən başlayan səsvermmədə iştirak etmək üçün Nurullah Bayram orta məktəbində yaradılmış seçki məntəqəsinə axın edib.
Yeniçağ.Az