Böyrək çatışmazlığı olan xəstələrə əlillik necə təyin edilir?

Böyrək çatışmazlığı olan xəstələrə onların vəziyyətinə uyğun olaraq əlillik dərəcəsi təyin edilir.

Yenicag.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, böyrək çatışmazlığı 5-ci dərəcə səviyyəsində olduqda şəxsə 1-ci qrup əlillik təyin edilə bilər.

M.Məmmədova əlavə edib ki, görmə qabilliyyəti zəif olan şəxslər də əlillik dərəcəsi ala bilər: “Bunun üçün görmə qabiliyyəti əksər hallarda Milli Oftalmologiya mərkəzində ölçülməlidir”.

M.Məmmədova qeyd edib ki, mövcud qanunvericliyə görə, 1-ci qrup əlillik müddətsiz verilir. 2 və 3-cü qrup əlillik 5 il müddətinə təyin edilir: “Lakin 2 və 3-cü qrup əlillik alan şəxslərin səhhətində bəzən geridönməz hallar olur. Bu halda onlara birinci dəfədən əlillik müddətsiz təyin edilə bilər”.