!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyrək xəstəliklərini yaradan məhsul

!Reklam – Yazi

Con Xopkins Universitetinin (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu piylənmədən əlavə böyrək xəstəliklərinə də səbəb ola bilər.

Yenicag.az xəbər verir ki, araşdırmanın nəticələri Clinical Journal of the American Society of Nephrology jurnalında dərc olunub.

Şirin qazlı içkilərin tez-tez qəbulu insanlarda xroniki böyrək çatışmazlığının riskini xeyli artırır. Böyrək çatışmazlığı böyrəyin fəaliyyətinin dayanmasına səbəb ola bilən ağır pozulmadır.

Araşdırma çərçivəsində alimlər 15 il ərzində 3 min insanın həyatı və qidalanması haqqında məlumatları toplayıblar. Nəticədə mütəxəssislər belə nəticəyə gəliblər ki, məhz şirin qazlı içkilərin çoxlu miqdarda qəbulu böyrəklərin xroniki xəstəliklərinin riskini 61% artırır./Saglamolun/

www.yenicag.az

1707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv