Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Ferqus Old Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ferqus Oldun hazırkı səfir Ceyms Şarpı 2022-ci ilin avqust ayında əvəz edəcəyi bildirilir.

Xatırladaq ki, F.Old 2002-ci ildən 2005-ci ilədək Böyük Britaniyanın Banqkokdakı (Tailand) səfirliyində ikinci katib, 2008-2011-ci illərdə Nyu-Dehlidə (Hindistan) iqlim dəyişikliyi və energetika üzrə şöbənin müdiri, daha sonra iqlim dəyişikliyi məsələləri üzrə birinci katib, 2011-2014-cü illərdə isə Moskva şəhərində siyasi müşavir vəzifəsində çalışıb.