Böyük Britaniya hökuməti “Brexit”in iki ay müddətinə təxirə salınması imkanını nəzərdən keçirir.
Yenicag.az xəbər verir ki, Britaniya Baş naziri Tereza Mey bununla bağlı Avropa İttifaqına (Aİ) rəsmi müraciət etməyi planlaşdırır.
Hökumət “Brexit” ətrafında dalana girmiş vəziyyətin iki aya düzəldiləcəyinə inanır.
Qeyd edək ki, dünən Baş nazir Britaniya parlamentində yeni səsvermə tarixinin martın 12-si olduğunu açıqlayıb./Report/