Faktla bağlı araşdırılma aparılır.
Yeniçağ.az
Londonda hücum zamanı bıçaq yarası alan polis əməkdaşı ölüb.
Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl hadisə nəticəsində 3 polis əməkdaşının yaralandığı bildirilirdi.
Böyük Britaniyanın paytaxtında törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
***
Londonda parlamentin önündə baş vermiş iki terror aktı nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
***
Londonda parlamentin önündə baş vermiş atışma nəticəsində yaralanın biri dünyasını dəyişib.
Yeniçağ.az xəbər verir ki, bu barədə London mərkəzi xəstəxanasının həkimi bildirib.
Həkimin sözlərinə görə, digər yaralıların vəziyyəti ağırdır.
***
Londonda atışma baş verən körpüdə naməlum şəxs piyadaların üzərinə avtomobili sürüb.
Yeniçağ.az-ın verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Hücumun terror aktı olduğu istisna edilmir.
***
Böyük Britaniya parlamentinin binası yaxınlığındaVestminster körpüsü üzərində silahlı insindent baş verib.
Yeniçağ.az Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.
Məlumata əsasən, parlamentin işi dayandırılıb, bina əhatəyə alınıb
Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir.
Faktla bağlı araşdırılma aparılır.
Yeniçağ.az