Böyük Britaniya parlamenti yeni qanun layihəsini qəbul edib

Böyük Britaniya parlamenti miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Məlumata görə, sənəd yanvarın 17-də İcmalar Palatası tərəfindən üçüncü oxunuşda təsdiqlənib, lakin Lordlar Palatası bütün bu müddət ərzində düzəlişlərin edilməsində israrlı olub. Qanunun aprelin 23-də yekunlaşacağı gözlənilir.

Martın sonunda Lordlar Palatasında qanunla bağlı səsvermə keçirilib, sonra qanun layihəsinin qəbulu aprel ayına qədər təxirə salınıb. Parlament üzvləri sənədin beynəlxalq hüquq normalarına uyğun gəlməməsi ilə bağlı layihəyə düzəlişin lehinə səs veriblər. Bugünkü səsvermənin nəticələri yalnız gecə yarısı əldə edilib. Baş nazir Rişi Sunak deputatlar Parlament Evində gecələməyə məcbur olsalar belə, qanun layihəsinin qəbulunun bütün mərhələlərini çərşənbə axşamına qədər tamamlamaqda israr edib.
Britaniya mediası qeyd edib ki, qanun layihəsinin qəbulu Britaniya hökumətini Avropa İnsan Haqları Məhkəməsində iddialara məruz qoya bilər, çünki krallıq Avropa İnsan Hüquqları Konvensiyasını imzalayıb. Avropa Məhkəməsi daha əvvəl Ruandaya sığınacaq axtaranların göndərilməsini qadağan etmişdi.

Mənbə: Kommersant

COP29