!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük Britaniya Qara dənizə hərbi donanma göndərir? – Londondan REAKSİYA

!Reklam – Yazi

London ingilis hərbi gəmilərinin taxıl ixracına yardım üçün Qara dənizə göndəriləcəyinə dair məlumatlara aydınlıq gətirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti ərzaq, ilk növbədə isə taxıl ixracına yardım üçün Ukraynanın Odessa limanına hərbi gəmilər göndərməyəcəyini bəyan edib.

Bu barədə “Reuters”ə danışan Britaniya rəsmisi ölkəsinin belə bir planının olmadığını deyib:

“Biz Ukraynadan taxıl ixracına yardım məqsədilə beynəlxalq tərəfdaşlarımızla intensiv məsləhətləşmələri davam etdiririk. Ancaq indiki şəraitdə bu məqsədlə Britaniya donanmasını Qara dənizə göndərmək planı yoxdur”.

Qeyd olunur ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynadan taxı ixracına yardım üçün beynəlxalq koalisiyanın yaradılması ideyasını dəstəkləmişdi.

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv