Böyük Britaniya rəsmi olaraq Avropa İttifaqının tərkibindən çıxıb.
Yenicag.az xəbər verir ki, yerli vaxtla saat 23:00-da 47 il sonra Britaniyanın Aİ-dən rəsmən çıxması münasibəti ilə xalq Londonda Parlament Binasının qarşısında yığışaraq bu anı sevinclə qeyd edib.
Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasından sonra 2020-ci ilin dekabr ayının 31-dək davam edəcək keçid dövrü başlayıb.
Bu müddət ərzində Böyük Britaniya sərbəst ticarət razılaşması üzərində danışıqlar apararkən Aİ-nin qaydalarına əməl etməyə davam edəcək.