Böyük Britaniya səfirliyində xatirə kitabı açılıb

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyində iki gün əvvəl Mançesterdə baş verən terror aktı ilə bağlı xatirə kitabı açılıb.

APA-nın məlumatına görə, kitaba ürək sözlərini yazmaq üçün Hindistan, BMT, Türkiyə, Fələstin kimi ölkələrin səfirləri, Türkmənistan, Qazaxıstan və digər ölkələron diplomatik korpus nümayəndələri səfirliyə gəliblər.

Kitab bu gün saat 12:00-a qədər və 14:00-dan 16:00-a qədər, sabah isə 10:00-12:00 və 14:00-16:00 arası açıq olacaq.

Yenicag.az