Böyük Britaniya XİN rəhbəri İrana səfər edəcək

Böyük Britaniya xarici işlər naziri Ceremi Hant noyabrın 19-da İran xarici işlər naziri Cavad Zəriflə görüşmək üçün Tehrana səfər edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, tərəflər ikitərəfli münasibətləri və İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını müzakirə edəcəklər.

Qeyd edək ki, qarşıdakı səfər Hantın vəzifəyə başladığı andan İrana ilk səfəri olacaq.

COP29