Böyük Britaniya XİN rəhbəri İsraildədir

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bölgədə vəziyyətin pisləşməsi fonunda İsrailə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, Kleverli İsrailin yüksək rütbəli liderləri ilə görüşüb, Böyük Britaniyanın İsrailin özünümüdafiə hüququna dəstəyini izah edəcək. Nazir həmçinin HƏMAS hücumlarından sağ çıxanlarla da görüşəcək./unikal