Böyük Britaniyada COVID-19-un dərmanı tapıldı

“Hidrokortizon” ən ağır koronavirus xəstələrinin ölüm faizini azalda bilər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu kəşfi Britaniyanın “Imperial College” və “Intensive Care National Audit & Research Centre” Tədqiqat Mərkəzinin alimləri ediblər.

Belə ki, alimlər bir həftəlik müalicə kursu aparıblar və nəticədə reanimasiyada olan pasiyentlərin sağalma şanslarının yüksək olduğunu müəyyənləşib.

“Hidrokortizon”Böyük Britaniyada COVID-19-un müalicəsi üçün “Deksametazon”dan sonra bəyənilən ikinci dərmandır.