Böyük Britaniyada daha bir istefa – Filip Xammond vəzifəsindən getdi

Böyük Britaniyanın maliyyə naziri Filip Xammond istefa verdiyini bəyan edib.

Yenicag.az-ın məlumatına görə, o, istefa verməsi barədə özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, F.Xammond 2014-2016-cı illərdə Böyük Britaniyanın xarici işlər naziri olub. Krallığın maliyyə naziri postunda isə 2016-cı ildən çalışıb.