Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Böyük Britaniyadan Dağlıq Qarabağ açıqlaması

скачанные файлы (4)“Böyük Britaniya Dağlıq Qarabağ Respublikası adlandırılan qurumu tanımır və Böyük Britaniya hökumətinin onun heç bir nümayəndələri ilə əlaqəsi yoxdur”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Dağlıq Qarabağ separatçı rejiminin başçısı Bako Saakyanın Londonda “Chatham House” təşkilatı tərəfindən məruzəçi kimi dəvət olunmasına münasibət bildirərkən deyib.

Səfirlikdən bildirilib ki, Bako Saakyan Böyük Britaniyaya müstəqil olaraq səfər edir və yerli hökumətin bu səfərdə heç bir rolu yoxdur: “Chatham House” müstəqil institutdur və tədbirlərə kimi dəvət etmək barədə qərarını özü verir. Britaniya hökuməti qeyri-hökumət təşkilatlarının müstəqil fəaliyyət göstərməsi prinsipinə hörmətlə yanaşaraq bu qərarların qəbul edilməsinə heç cür təsir göstərmir”.

Xatırladaq ki, “Chatham House” Beynəlxalq Əlaqələr İnstitutu 8 iyul tarixində Londonda Dağlıq Qarabağ münaqişəsi və regional problemlərlə bağlı tədbir keçirəcək. Bu barədə qurumun saytında yerləşdirilən məlumatda tədbirdə iştirak edəcək Bako Saakyan “de-fakto Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi qeyd edilib.

www.yenicag.az

232