Böyük Britaniyadan Fransaya TƏHDİD: “Gəmimizin saxlanmasına cavab veriləcək”

Fransanın La-Manş boğazında Böyük Britaniyaya məxsus gəmini saxlaması Londonu qəzəbləndirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Fransanın La-Manş boğazında ingilis gəmisini saxlaması beynəlxalq hüquqa zidd addımdır və bunun simmetrik cavabı olacaq.

Bu barədə Böyük Britaniyanın ətraf mühit naziri Corc Yustis danışıb. O, Fransanın bu addımını beynəlxalq ticarət haqqında beynəlxalq anlaşmalara və əməkdaşlıq prinsiplərinə zidd hərəkət kimi qiymətləndirib.

Britaniyalı nazir saxlanılan gəminin Avropa İttifaqı sularında sərbəst hərəkət üçün müvafiq icazəsinin olduğunu vurğulayıb.