Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Yenicag.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.
66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.
***
Parisdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.
Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.
Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.