Böyük Dəbilqə: Cüdoçularımız çıxışlarını iki medalla başa vurdu

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.

Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.

Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə uduzub.

Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Erdoğanla üz-üzə gəlib. Görüş Erdoğanın qələbəsi ilə yekunlaşıb.

Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.

***

Bu gün Tbilisidə “Böyük dəbilqə” turnirinin son gününün yarışları keçirilir.

Turnirdə ağır çəkili cüdoçularımız Uşangi Kokauri (100 kiloqramdan yuxarı) və Aslan Mirzəyev (100 kiloqram) mübarizəyə başlayır. A.Mirzəyev Reda Nafva (Qətər), U.Kokauri isə Qalımjan Krikbay (Qazaxıstan) – Cemal Erdoğan cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, komandamızın aktivində 2 bürünc medal var. Belə ki, medalları yığmamızın hesabına Kəramət Hüseynov (60 kiloqram) və Murad Fətiyev (87 kiloqram) yazdırıb.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.