Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışının ilk günü 5 dəst medal öz sahibini tapıb.
Yeniçağ.Az-ın məlumatına görə, 20 mükafatı 14 ölkə idmançısı qazanıb. Belə ki, medal siyahısında ilk sıranı Yaponiya ələ alıb. Asiyalılar 1 “qızıl” və 1 “gümüş”ə seviniblər. Mükafat sayında isə İsrail liderdi. Onlar 5 medal qazanıblar. Azərbaycan yığmasının hesabında isə hələlik 1 mükafat var. Bürünc medalı yığmamıza Orxan Səfərov (60 kq) qazandırıb.
Kişilər
60 kq
1. Toru Şişime (Yaponiya)
2. Muxriddin Tilovov (Özbəkistan)
3. Yanislav Gerçev (Bolqarıstan)
3. Orxan Səfərov (Azərbaycan)
66 kq
1. Tal Fliker (İsrail)
2. Tomofumi Takayo (Yaponiya)
3. Laşa Quinaşvili (Gürcüstan)
3. Baruç Şmailov (İsrail)
Qadınlar
48 kq
1. Stefanye Koyama (Braziliya)
2. Milisa Nikoliç (Serbiya)
3. Noa Minsker (İsrail)
3. Şira Rişoni (İsrail)
52 kq
1. Aleksandra-larisa Florian (Rumıniya)
2. Reka Pupp (Macarıstan)
3. Anya Stanqar (Sloveniya)
3. Gili Kohen (İsrail)
57 kq
1. Çen-linq Lien (Çin Taypeyi)
2. Yovana Roqiç (Serbiya)
3. Yuliya Kovalçik (Polşa)
3. Timna Nelson (İsrail)
Yeniçağ.Az