Böyük güclərin maraqlarının toqquşması: Netanyahu həbs ediləcək?

“Çox təəssüf ki, bu gün dünyada beynəlxalq hüquq işləmir və beynəlxalq hüquq “kim güclüdürsə, o da hökm edir” prinsipləri əsasında tənzimlənir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən İsrail rəsmilərinin həbs edilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

S. Kərimlinin fikrincə, belə olduqda, Beynəlxalq Cinayət Məhkəməsinin bununla bağlı qəbul etdiyi qərarlar və digər məsələlər qeyri-ciddi səslənir.

“Ona görə ki beynəlxalq hüququn hansısa rıçaqları və prinsipləri işləmir. İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla bağlı verilmiş qərar təbiidir ki, son dövrlərdə beynəlxalq aləmdə baş vermiş gərginliyin, eləcə də, dünya nizamının pozulmasına görədir”, – deyə o bildirib.

“Məlum olduğu kimi, bu gün dünyada bir çox nöqtələrdə münaqişə və müharibələr var. Xüsusilə də burada BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların qətnamə və bəyanatları var. Lakin təəssüf ki, bunların hamısı kağız üzərinə qalıb, dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq hüquq işləmir və beynəlxalq təşkilatlarla qurumların qəbul etdiyi qərarların hamısı kağız üzərində qalır”, – deyə o, əlavə edib.

“Bütün bunlar dünyada yeni nizamın formalaşması, dünyada hegemonluq edən böyük güclərin maraqlarının toqquşması fonunda baş verir. Yaxşı olardı ki, dünyada baş verən qanlı toqquşmalar beynəlxalq hüququn qaydalarına uyğun tənzimlənsin və haqq-ədalət öz yerini tapsın”, – S. Kərimli fikirlərini tamamlayıb.

Rafi Müslümov

COP29