Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Böyük müharibə Cənubi Qafqaza gəlməyənə qədər Qarabağ münaqişəsi həll edilməyəcək” – Rusiyalı ekspert

Qarabağ münaqişəsinin dinc vasitələrlə öz həllini tapmasının mümkün olmadığı bildirilir.

Bu barədə Rusiyalı ekspert, “Odnako. Evraziya” layihəsinin şef-redaktoru Smeyon Uralov Yeniçağ.ru-ya müsahibəsində danışıb.

Onun fikrincə, indiki halda Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü real görünmür. Uralov hesab edir ki, Qarabağ münaqişəsinin həlli heç bir halda Avrasiya İttifaqı ilə əlaqələndirilməməlidir:

“Düşünürəm ki, Bakını kimsə hansısa ittifaqa – xüsusilə, Ermənistanın təmsil olunduğu bir quruma qoşulmağa məcbur edə bilməz. Çünki o halda üzvlük məsələsini Ermənistanla da müzakirə etmək lazım gələcək. Məncə, Azərbaycanın hakim elitası heç bir halda buna getməyəcək.

Avrasiya İttifaqının Qarabağ münaqişəsinin həllinə heç bir aidiyyatı yoxdur. Bu, Azərbaycan, Ermənistan və Qarabağ erməniləri arasında olan bir münaqişədir. Tərəflərdən heç biri güzəştə getmək istəmədiyi üçün bu münaqişə XXI əsr boyunca – böyük müharibə Cənubi Qafqaza gəlməyənə qədər davam edəcək. Əgər qlobal konflikt Cənubi Qafqazdan yan keçərsə, o halda Qarabağ münaqişısi də sonsuza kimi davam edə bilər”.

Yeniçağ.Az

www.yenicag.az

423
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM