Böyük pullar qazanan aktyorlar – SİYAHI/FOTOLAR

Dünya kinosunda bir roluna görə yüksək məbləğdə qonorarlar əldə edən aktyorlar var. Söhbət milyonlardan gedir.

Yenicag.az rollarına görə fantastik məbləğdə pullar qazanan aktyorların siyahısını təqdim edir:

1. Tony Stark, Iron Man (Robert Doune Jr.)


Hələ ilk filmində 500 min dollar qazanan Tony Stark 10 illik karyerası ərzində 430 milyon dollar qazanaraq siyahıda ən yüksək yeri tutub.

2. Kaptan Jak Sparrou (Conni Depp)


“Karib dənizinin quldurları”nın baş rol oyunçusu “Kaptan Jack Sparrow” (Conni Depp) 350 milyon dollar qonorar alıb.

3. Joker (Cek Nikolson)


Cek Nikolsona bu rol üçün 6 milyon dollar təklif olunsa da o, əlavə olaraq, filmin gəlirindən də pay istəyib.
Məşhurluq qazanan bu film aktyora 50 milyon dollarlıq qazanc gətirib.

4. Logan, Volverayn (Hyu Cekman)

“X Men” serialının “Wolverine”i Hyu Cekman bu roluna görə 65 milyon dollar qazana bilib.

5. Ceyms Bond (Deniel Kreyq)

Deniel Kreyqin canlandırdığı “James Bond” rolu aktyora karyerası ərzində məşhurluq gətirməklə bərabər, həm də ən çox məbləğ qazandırıb. Söhbət 59 milyon dollardan gedir.

6. Forrest Gamp (Tom Henks)


Ona “Oskar” qazandıran bu rol eyni zamanda 60 milyon dollar da qazandırıb.

7. Han Solo (Harrison Ford)

 

“Star Wars” serialında “Han Solo” rolunu canlandıran Harrison Fordun isə qazancı 35 milyon dollar müəyyənləşib.

Rufina