Azərbaycan respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalibi olan Füzuli rayon Qaydış qəsəbə 6N tam orta məktəbin müəllimi Quliyev Mirdamet İbad oğlunun layihəsi olan Böyük Qayıdış futbol çempionatı layihəsinin oyunlarının açlış mərasimi rəmzi olaraq Qarabağa qaydışımızın başlanğıcı saylan Cocuq Mərcanlıda keçrilib.
Yenicag.az xəbər verir ki, açılış mərasimində Qarabağ Regional Təhsil İdarəsi, Füzuli Rayon Təhsil sektorunun inspektoru Nurlan Məstəliyev, Füzuli Rayon Gənclərin Karyera İnkişaf Mərkəzi rəhbəri Seyfəddin Maqsudov, Füzuli Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi layihənin eksperti Ehtiram Sadıqzade, Cocuq Mərcanlı kənd tam orta məktəb dirktoru, Kənd İcra nümayəndəsi Xanlar müəlim iştirak edib.
İlkin olaraq rayonun 8 orta məktəbini təmsil edən Horadiz qəsəbəsi 1 saylı, Horadiz 2 saylı, Arayatılı, Qazaxlar, Şükürbəyli, Babı,Əhmədallılar, Cocuq Mərcanlı kənd tam orta məktəbləri iştirak edib.
2 komanda HORADİZ 1 saylı Cocuq Mərcanlı futbol komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.