“Böyük şahmat taxtası kitabının siyasi təhlili”

13275879_10206428593090492_123238064_nMayın 22 – də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Diplomatiya işçi qrupunun təşkilatçılığı ilə “Diplomatik Analiz” lahiyəsi çərçivəsində “Böyük şahmat taxtası kitabının siyasi təhlili” adlı təlimi baş tutmuşdur. Görüşdə beynəlxalq münasibətlər, politologiya, dövlət idarəçiliyi ixtisasları üzrə təhsil alan müxtəlif ali təhsil məktəblərini təmsil edən gənclər iştirak etmişlər. Təlim, siyasi texnoloq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov tərəfindən keçirilmişdir.

Böyük şahmat lövhəsi və dövrümüzün digər məşhur siyasi əsərləri müzakirə olunmuşdur. Hantinqtonun, Fukuyamanın, Bjezinskinin siyasi görüşləri barəsində danışan Zaur Məmmədov maraqlı məqamlara toxunmuşdur. Böyük şahmat taxtası kitabında Azərbaycan haqqındakı məqamlar da müzakirə predmeti olmuşdur.

Seminar zamanı müasir beynəlxalq münasibətlər nəzəriyyələri, ABŞ xarici siyasəti, dünya gücləri arasında olan münaqişələr, dünyanın geosiyasi mənzərəsi təhlil edilmişdir. Təlimdə qeyd edilmişdir ki,  bu kimi əsərlərin meydana gəlməsi təsadüfi deyildir. Belə əsərlər kütləvi şüura təsir edərək xarici mühitə baxışa dəyişiklik etməyə qadirdir.