Böyük savaş başlayır

62695NATO “soyuq müharibə” başa çatan kimi öz hərbi imkanlarını ən üst səviyyədə genişləndirməyə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində keçirilən iclasında açıqlama verib.

Baş katib bəyan edib ki, Alyans çevik qüvvələr və onların ön qrupunun genişləndirilməsi barədə qərar qəbul edilib.

“Bundan başqa, biz şərq tərəfdaşlarımızın ərazisində 6 komanda mərkəzi yaradacağıq. Bu NATO-ya üzv ölkələrin təhlükəsizliyinin tamamilə təmin edilməsi üçün istifadə olunacaq”, – deyə Stoltenverq bildirib.

Qeyd edək ki, bundan əvvəl baş katib bəyan etmişdi ki, Alyans çevik qüvvələrində hərbçilərin sayı 30 min, ön qrupunda isə 5 min olacaq.

COP29