Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Böyükağa Hacıyev infarkt keçirdi, reanimasiyaya yerləşdirildi - AÇIQLAMA  

Reklam: High Technic

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev xəstəxanaya yerləşdirilib.

Bunu Yenicag.az-a açıqlamasında sözügedən komitənin sədri Vaqif Sadıqov deyib. Onun sözlərinə görə, infarkt səbəbi ilə xəstəxanaya yerləşdirilən Hacıyev bu gün mini əməliyyat olunub. Ona iki stend qoyulub. Əməliyyatdan öncə Böyükağa Hacıyevin orqanizmində qan dövranı 20 faiz idisə, əməliyyatdan sonra bu, tamamilə bərpa olunub.

Hazırda reanimasiya şöbəsində yatan Hacıyev bir həftə əvvəl insult səbəbi ilə “Modern” klinikasına yerləşdirilib. Lakin bu gün infarkt keçirdiyindən o, Mərkəzi Klinikaya aparılaraq əməliyyata alınıb.

Vaqif Sadıqovun sözlərinə görə, Böyükağa Hacıyevə 6 il əvvəl əməliyyat olunduğu beyin şişi problem yaradıb. Həmin şişin yenidən aktivləşməsi “Neftçi”nin sabiq çalışdırıcısının səhhətini ağırlaşdırıb.

Sadıqov onu da qeyd etib ki, Hacıyev AFFA rəhbərliyinin tam nəzarətindədir. Və onun yenidən sağlamlığına qovuşması üçün nə lazımdısa, ediləcək.

Həkimlər Hacıyevin səhhəti ilə bağlı qərarı sabah onu təkrar müayinə etdikədən sonra verəcəklər.

EMİN SƏFƏROV

www.yenicag.az

1272
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM