Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Böyükağa Hacıyevdən xəbər var: "Hamını tanıyır, söhbət edir"

Reklam: High Technic

Bir müddət əvvəl infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti stabildir.

Bunu Yenicag.az-a açıqlamasında sözügedən komitənin sədri Vaqif Sadıqov deyib.

Onun sözlərinə görə, Hacıyev iki gündür palataya köçürülüb. O, hamını tanıyır, çətinliklə də olsa, söhbət edir.

Sadıqov qeyd edib ki, “Neftçi”nin sabiq çalışdırıcısının Mərkəzi Klinik Xəstəxanasında müalicəsi başa çatıb. Reabilitasiyanın davamı olaraq, o, özəl xəstəxanalardan birinə yerləşdiriləcək.

Çünki Böyükağa Hacıyevin beynində yenidən aktivləşən şişi əməliyyat etmək üçün onun sağalmasına ehtiyac var. Sadıqov bildirib ki, təcrübəli mütəxəssisin sənədləri Moskvaya göndərilib, gələn cavaba uyğun da müvafiq addımlar atılacaq.

Emin Səfərov

www.yenicag.az

2313
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM