Azərbaycanın görkəmli alimi, cərrah, akademik Böyükkişi Ağayev vəfat edib.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında dünyasını dəyişib.
Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda anadan olub.
Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.(APA)