Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin ikinci turunda “Arsenal”a 0:3 hesabı ilə məğlub olub.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra məğlubiyyəti şərh edib:
“Dünəndən futbolçularla bu oyun barədə danışırdıq. Rəqibdən çəkinmədən yaxşı oyun göstərmək istəyirdik ki, bunu da bacardıq. Amma qol epizodlarına görə, rəqib ustalıq cəhətdən bizi üstələdi. Azarkeşlər möhtəşəm idilər. Böyümək üçün bəzən belə böyük hesablı məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün də yaratmağı bacarmalısan. Bu gün ustalıq çatmadı ki, qol epizodlarından yararlana bilək. Hər birimiz üçün maraqlı oyun və böyük təcrübə oldu”.