!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boyun ağrılarının SƏBƏBLƏRİ və ÇARƏSİ

!Reklam – Yazi

Oturaq işdə işləyən insanlarda rastlanan və yaşamına mənfi təsir göstərən boyun ağrılarına hər yaş qrupunda rast gəlinir.

Yenicag.az xəbər verir ki, onurğa cərrahı Selcuk Gözcü boyun ağrılarının modern yaşamın gətirdiyi narahatlıqlardan biri olduğunu deyib:

“Boyun ağrılarından çox insan əziyyət çəkir, ancaq bir çoxları buna ciddi yanaşmadığından ağır fəsadları olur: “Boyun ağrılarına boyun onurğasında kirəcləşmə, boyun yırtığı, ağrı sindromları, revmatizma, yöndəmsiz duruş və boyunu sərt hərəkətlər nəticəsində zədələmə səbəb ola bilər. Xəstəlik ağırlaşdıqca qollarda və barmaqlarda ağrılar artır, keyimə yaranır. Bir müddət keçdikdən sonra sinirlər basqı altında qalır və ayaqlarda zəiflik, gücsüzlük, hətta bəzi insanlarda sidik saxlaya bilməmə kimi olduqca təhlükəli bir dövr başlayır. Bu halda xəstəliyin müayinəsində MRT vacib olur”.

İlkin mərhələdə boyun ağrılarından qurtulmanın yolları

Selcuk Gözcü qeyd edib ki, ilkin mərhələdə boyun ağrılarından müəyyən məqamlara diqqət yetirməklə, bəzi hərəkətləri təkrarlamamaqla xilas olmaq mümkündür:

“Əgər ofis işində, kompüter arxasında çalışırsınızsa, çiyinləriniz geridə, ayaqlarınız yerə dəyəcək şəkildə oturun. Bu zaman kürəyinizə və belinizə arxadan dəstək verin. Masadan önə doğru sürüşərək qalxın. Bunu bir və ya iki dəfə etməklə problem həll olunmur. Bunu bir növ vərdiş halına gətirməlisiniz. Uzun müddət kompüter, televiziya qarşısında oturmayın, arada fasilə verin. Ani və sərt hərəkətlərdən qaçın. İş görərkən rahat və sizi sıxmayan geyimlər geyin. Masada oturarkən qısa da olsa fasilələr verin. Qalın yastıqda yatmayın. Telefonu çiyninizlə boyun arasına sıxıb danışmayın. Mümkün olduğu qədər yay aylarında dənizdə, çayda üzməyə çalışın. Piyada gəzmək də həm bel, həm də boyun ağrılarına faydalıdır”.

Boyun ağrılarına səbəb olan digər xəstəliklər

– İnfeksion xəstəliklər.

– Sümük xəstəlikləri.

– Onurğa intihabı.

– Hormonal xəstəliklər.

– Şişlər./Saglamolun/

www.yenicag.az

2811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv