Boyun fəqərəsinə yerləşdirilən disk yemək borusunu deşdi

Türkiyənin Qəhrəmanmaraş şəhərində 8 ay öncə boyun yırtığı əməliyyatı keçirən Sultan Tıraş adlı qadın gözlənilməz hadisə ilə qarşılaşıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat olunan Tıraşın boyun fəqərələrinə metal diklər yerləşdirilib.

8 ay sonra şiddətli ağrılarla xəstəxanaya müraciət edən Tıraşın boynundakı disklərdən birinin yemək borusun deşib mədəsinə düşdüyü aydınlaşdırılıb.

6 saatlıq əməliyyatdan sonra disk qadının mədəsindən çıxarılıb. Həkimlərin sözlərinə göə, vaxtında müdaxiə edilməsəydi, qadının həyatını xilas etmək mümkün olmayacaqdı.

COP29