!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BP 32 Azərbaycan vətəndaşını hansı səbəbdən işdən çıxartdı? - Açıqlama

!Reklam – Yazi

Xəbər verildiyi kimi, bp şirkəti cari ilin I rübündə 32 nəfər Azərbaycan vətəndaşını işdən çıxarıb.

Bu işdən çıxartmanın səbəblərini öyrənmək üçün OilGas.az Neftçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Mirvari Qəhrəmanlıya müraciət edib. O, açıqlamasında bp-dən cari ildə işdən çıxarılan həmin şəxslərlə bağlı təşkilata müraciət olunmadığını diqqətə çatdırıb:

“Bu işdən çıxartma ilə bağlı hələlik heç kim təşkilatımıza müraciət etməyib. Yəni onların konkret olaraq niyə, nəyə görə çıxarıldığı barədə əlimizdə məlumat yoxdur. Adətən, neft şirkətlərindən çıxarılma halları səbəbsiz olaraq baş verəndə bu barədə bizə məlumat verirlər. Həmin 32 nəfər haqqında isə bizdə hər hansı bir məlumat yoxdur. Buna baxmayaraq, yenə də həmin şəxslər müraciət etsələr araşdırarıq. Bəlkə də 32 nəfər Azərbaycan vətəndaşının bp-dən işdən çıxarılması layihənin və yaxud əmək müqaviləsinin vaxtının sona çatması ilə bağlıdır. Layihə başa çatmadan heç kimi çıxara bilməzlər”.

Yeniçağ.az

 

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv