Bakıda Böyük Britaniya vətəndaşı olan kişi qadından polisə şikayət edib.
60 yaşlı Harrison Devid Corc polisə müraciət edərək Yasamal rayonunda kirayə qaldığı mənzildə birlikdə qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, D.Corc “bp-Azərbaycan”da mühəndis vəzifəsində çalışır.(report)